Modern.az

Deputat Mərkəzi Bankın sədrindən xahiş etdi

Deputat Mərkəzi Bankın sədrindən xahiş etdi

26 Aprel 2022, 11:20

"Bütün müsəlman ölkələrdə, xüsusilə Azərbaycanda bank faizləri yüksəkdir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

 

Deputat Mərkəzi Bankın İdarə Heyətinin yeni sədrinə bank kreditləri ilə bağlı müraciət edib:

 

"Mərkəzi Banka yeni rəhbər təyin etdik. Mən ona müraciət edirəm, kredit faizlərinin 5-6 faiz saxlanması mümkündürmü? Xalqımızı əzən borc sistemi haqqında məsələyə baxılmasını xahiş edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi