Rusiya tərəfi müharibə başlayandan bəri məhv edilən Ukraynaya məxsus hərbi texnikalar barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Koneşenko açıqlayıb.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri 141 təyyarə, 110 helikopter, 583 pilotsuz uçuş aparatı, 269 yer-hava raket sistemi, 2576 tank və digər zirehli döyüş texnikası, 287 reaktiv yaylım atəşi sistemi məhv edilib" - rusiyalı genral deyib.