Modern.az

Ərdoğanla Putin Ukraynanı müzakirə etdi - YENİLƏNİB

Ərdoğanla Putin Ukraynanı müzakirə etdi - YENİLƏNİB

26 Aprel 2022, 14:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşündə Rusiya ilə Ukrayna arasında danışıqların İstanbulda liderlər səviyyəsinə qaldırılması təklifini təkrarlayıb.


Modern.az xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsində son hadisələr və Türkiyə-Rusiya münasibətləri müzakirə edilib.


Prezident Ərdoğan görüş zamanı bildirib ki, İstanbul danışıqlarında sülhə yol açmaq üçün əldə edilən müsbət nəticənin davam etdirilməsi hər kəsin marağındadır.


Atəşkəs, humanitar dəhlizlərin effektiv işləməsi və təhlükəsiz evakuasiyanın vacibliyinə diqqət çəkən prezident Ərdoğan, Türkiyənin hər kəsə zərər verən bu tendensiyanın dayandırılması və davamlı sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

 

***

13:52

 

Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Liderlər Ukraynanı müzakirə ediblər.

 

Qeyd edək ki, bu, Rusiyanın Ukraynada xüsusi əməliyyata başlamasından indiyədək liderlər arasında beşinci söhbətdir. Ərdoğan bütün danışıqlar zamanı rusiyalı həmkarı Vladimir Putinə Moskva və Kiyev nümayəndə heyətlərinin İstanbulda danışıqlar prosesini davam etdirməyi təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək