Modern.az

Motosikletçini döyən məmur HƏBS OLUNMAYIB - YENİLƏNİB

Motosikletçini döyən məmur HƏBS OLUNMAYIB - YENİLƏNİB

26 Aprel 2022, 14:23

"Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır".

 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.

 

Elşad Hacıyevin sözlərinə görə, Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir: "Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq".

 

14:23 ***

 

Bakıda yol vermədiyi üçün moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.

 

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial çəbəkədə görüntülər yayılıb.

 

“Lexus” 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib.

 

Daha sonra “Lexus”un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.

"Lexus”un sürücüsü Sultan Dadaşovun Prezident Administrasiyasının əməkdaşı olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu