Modern.az

Prezident hakim partiyanın sədri postundan GETDİ

Prezident hakim partiyanın sədri postundan GETDİ

26 Aprel 2022, 14:48

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə hakim “Amanat” Partiyasının növbədənkənar qurultayı keçirilir.
 

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, qurultay onlayn rejimdə keçirilir. Orada bütün bölgələrdən nümayəndələr iştirak edir.
 

Qurultayın əvvəlində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Amanat” Partiyasının tərkibindən çıxmaq barədə qərarını elan edib.

"Bu gündən etibarən mən “Amanat “partiyasının sədri vəzifəsindən getməyə və partiyadan çəkilməyə qərar verdim. Bu addım simvolik xarakter daşıyır. Bu baxımdan, prezident seçkilərində göstərdiyiniz etimad və dəstəyə görə hamınıza təşəkkür edirəm", deyə - Qazaxıstanın dövlət başçısı bildirib.

Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) spikeri Yerlan Koşanov hakim partiyanın yeni sədri seçilib.


Qurultayda “Adal” Partiyasının “Amanat” Partiyasına birləşməsi məsələsinə də baxılacaq.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək