Şuşa haqqında qanuna dəyişikliklər bir sıra digər qanunlara dəyişikliklərin edilməsinə səbəb olub.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə aparılıb.
Belə ki, "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişiklik əsasında, Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarında təklif edilən dəyişikliklər parlamentdə müzakirə olunub.
Dəyişikliklər səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.