Modern.az

Bakıda ana və qızını öldürən sürücü yaxalandı

Bakıda ana və qızını öldürən sürücü yaxalandı

Təhsil

13 Fevral 2013, 12:59

Paytaxtın Nizami rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan və iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 12-də saat 19:30 radələrində Bakı Metropoliteninin «Koroğlu» stansiyasının qarşısında1989-cu il təvəllüdlü Məmmədov Fuad İlham oğlu idarə etdiyi «Mersedes Benz 180» markalı, «90-CV-823» dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolu keçən piyadalar - 1986-cı il təvəllüdlü Cavadova Gülxar Ələmdar qızı, onun bacısı, 1993-cü il təvəllüdlü Cavadova Ramilə Ələmdar qızı və sonuncunun qızı, 2008-ci il təvəllüdlü Məmmədova Gülçin Teymur qızını vurub. Baş vermiş hadisə nəticəsində G.Cavadova və G.Məmmədova ölüb, digər zərərçəkmiş R.Cavadova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində şübhəli bilinən sürücü F.Məmmədov tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir