Modern.az

Musa Yaquba qəbirüstü abidə qoyuldu

Musa Yaquba qəbirüstü abidə qoyuldu

Ədəbi̇yyat

26 Aprel 2022, 18:05

Azərbaycanın Xalq şairi Musa Yaquba qəbirüstü abidə ucaldılıb.

Modern.az xəbər verir ki, bu barədə mərhum şairin yaxınları bildirib.

84 yaşında dünyasını dəyişən M.Yaqub yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.


Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb  (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

 

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

 

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Musa Yaqub “Xalq şairi” fəxri adlarına layiq görülüb.

Xalq şairi 2021-ci il mayın 7-də vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!