Modern.az

Quterreş Moskvada Putinlə GÖRÜŞDÜ

Quterreş Moskvada Putinlə GÖRÜŞDÜ

26 Aprel 2022, 20:15

BMT-nin Baş katibi Antonio Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Görüş Kremldə oval masa arxasında keçirilir.

 

Quterreş Putinlə Ukraynadakı, konkret olaraq Mariupol və Azovstaldakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

 

BMT Baş katibi bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək