Modern.az

Bugünkü hadisədə polis də xəsarət alıb

Bugünkü hadisədə polis də xəsarət alıb

Hadisə

26 Aprel 2022, 21:41

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında orta yaşlı şəxs özünü yandırıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Hadisə zamanı polis əməkdaşları da xəsarət alıb.

 

"Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!