ABŞ-ın vitse-prezidenti Kamala Harrisin koronavirus testi pozitiv çıxıb.
Modern.az xəbər verir ki, bu barədə Harrisin mətbuat katibi Kirsten Allen məlumat yayıb.
Onun sözlərinə görə, xanım vitse-prezidentdə xəstəliyin heç bir simptomu müşahidə edilmir. Buna baxmayaraq, Harris özünü təcrid edəcək və vitse-prezidentin rezidensiyasından işini davam etdirəcək.