Modern.az

Norveç Ukraynaya silah almaq üçün pul verir

Norveç Ukraynaya silah almaq üçün pul verir

26 Aprel 2022, 23:54

Norveç Ukraynaya silah almaq üçün 400 milyon kron ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İonas Qahr Srör bildirib.

 

“Biz Ukraynaya silah və hərbi texnikanın alınması üçün Böyük Britaniyanın rəhbərlik etdiyi təşəbbüsə 400 milyon kron ayırmağı təklif edəcəyik”, - deyə Stör qeyd edib.

 

Onun sözlərinə görə, daha ağır silahların Ukraynaya birbaşa tədarükü davamlı olaraq nəzərdən keçirilir. 

 

"Biz artıq Ukraynaya 400 ədəd M72 tank əleyhinə raket və 100-ə yaxın "Mistral" zenit raketi təhvil vermişik. Bundan əlavə, geyim və avadanlıqlar təhvil verilib", - Baş nazir bildirib. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək