Rusiyanın “Qazprom” enerji şirkəti Bolqarıstana qaz tədarükünü dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı aprelin 27-dən etibarən dayandırılacaq.
"Bolqarıstan tərəfi öz öhdəliklərini tam yerinə yetirib və bu sazişdə nəzərdə tutulmuş bütün ödənişləri vaxtında, ciddi şəkildə və müqavilənin müddəalarına uyğun olaraq həyata keçirib", - deyə ölkənin Energetika Nazirliyinin məlumatında qeyd olunub.
Akif İsmayılov