Modern.az

Əmisini dırmıqla ÖLDÜRDÜ

Əmisini dırmıqla ÖLDÜRDÜ

27 Aprel 2022, 11:22

Aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş Ə.İsmayılov aprelin 26-da ölüb.


Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.

 

Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal