Modern.az

Daşaltıda bənd tikiləcək 

Daşaltıda bənd tikiləcək 

Aktual

27 Aprel 2022, 12:20

“Azərsu” ASC Bakı şəhəri və Abşeron yarımadasına, həmçinin ölkənin 1053 qəsəbə və kəndinə xidmət göstərir. Xidmət göstərilən şəhər və rayon mərkəzlərinin sayı 56-dır. İçməli su və tullantı şəbəkələri üzrə 33 layihə yekunlaşıb. İçməli su şəbəkəsi üzrə yekunlaşan layihələri sayı 12-dir.

 

Modern.az xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı qurumun fəaliyyəti haqqında danışarkən deyib.

 

O qeyd edib ki, Abşeron yarımadasında şəbəkə tikinti normalarına cavab verən 74% əhali, 40% ərazi var. Normalarına cavab verməyən şəbəkələrdə 26% əhali, 37% ərazi müəyyən edilib. Xidmət göstərilməyən şəbəkələrin 11%-ni əhali, 23% ni ərazi təşkil edir. 

 

Qurum rəsmisi, həmçinin vurğulayıb ki, azad olunmuş bölgələrə ilk gedən mülki şəxslər "Azərsu" ASC-nin əməkdaşları olub:

 

"Noyabr ayının ilk üç 10 günlüyündə Şuşada su var idi. Daşaltıda Zağs çayında bənd tikiləcək. Şuşada, Hadrutda, Zəngilanda Kəlbəcərdə fəaliyyət göstərən şəbəkəmiz var".

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?