Modern.az

Yol polisi keçmiş deputatı cərimələyib

Yol polisi keçmiş deputatı cərimələyib

Təhsil

13 Fevral 2013, 16:05

“Polis özünü qanunu bilmir və qanunsuz tələb irəli sürür”. Bunu Modern.az-a açıqlamasında bu gün keçirilən reyd zamanı maşını cərimələnən keçmiş deputat Nazim Məmmədov deyib. N.Məmmədov bildirib ki, cərimələnən maşını “Mersedes” markalı maşındı və həmin maşında zavod tərəfindən quraşdırılmış, qanunda nəzərdə tutulan, qadağası olmayan pərdələr var.

“Onlar akt tərtib edib və qanunsuz tərtib ediblər. Sadəcə olaraq mayor Cəmşid Hənifəyevə başa sala bilmədim ki, bu yol hərəkəti qaydalarının pozuntusu deyil, sizin qanunu bilməməyinizdən irəli gəlir. Yol polisi əməkdaşları qanunu tam bilməlidirlər. Ona verdiyi cavab o oldu ki, biz bilirik, hazırda reyd keçirilir, sizin şikayətiniz varsa, yuxarı qurumlara şikayət edə bilərsiniz. Bu o deməkdir ki, qanunu pozan polis cəzasız qalacağını əmindir. Ona görə sadə vətəndaşlarında, digərlərində hakimiyyətdən narazı qalmaqları həmişə belə tipli hadisələrdən olur. Hesab edirəm ki, ölkə başçısının səsləndirdiyi fikirləri bu və ya digər formada belə kampaniya xarakterli tədbirlərə keçirərərk qurunun oduna yaşıda yandırırlar”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir