Modern.az

Deputat AŞPA-da Ağdamı Qafqazın Xirosiması adlandırdı

Deputat AŞPA-da Ağdamı Qafqazın Xirosiması adlandırdı

Aktual

27 Aprel 2022, 18:04

"Hazırda Avropa Şurasında təməl problemlərlə üzləşirik. Bu gün AŞ məkanında təşkilatın yarandığı ildən bəri ən böyük hərbi münaqişənin qaynar mərhələsini yaşayırıq. Avropa Şurasının coğrafiyası dəyişib. Növbəti addımlara dair çox açıq müzakirədən qaça bilmərik. Özümüzə açıq şəkildə sual verməliyik. Avropanın yeni təhlükəsizlik sistemi, yeni qanun və qaydaları nədən ibarət olacaq?"

 

Modern.az xəbər verir ki, bu barədə deputat Nigar Arpadarai Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı fikir səsləndirib. Deputat qeyd edib ki, hərbi separatizm, digər ölkələrə qarşı ərazi iddiaları - bunların son onilliklərdə qitəmizin təhlükəsizlik sisteminə ən böyük təhdid olması danılmaz faktdır. Bu proseslər nəticəsində qitəmiz münaqişələr, dağıntılar, müharibələr, insan haqlarının kütləvi şəkildə pozulmasına, ekstremizm və terrora məruz qalıb:

 

"Yenidən yaranan Avropa eyni taleyi yaşamamalıdır. Bütün AŞ üzv dövlətləri eyni təminatlara malik olmalı və xalqlarımızın xarici təcavüzdən, silahlı hərbiləşdirilmiş separatizm, ərazi iddiaları və daxili parçalanma kimi daxili təhdidlərdən səmərəli müdafiəsini təmin edən mövcud mexanizmlərdən istifadə edə bilməlidir. Bundan əlavə, Avropa Şurası və ya ATƏT kimi təşkilatın öz mandatını yerinə yetirə bildiyi Avropaya sahib olmaq istəyiriksə istər Avropanın Qərbi və ya Şərqində, habelə bütün digər bölgələrdə sözügedən prinsipləri müdafiə etməliyik. 

 

Separatizmi dəstəkləyən üzv dövlətlər və ya şəxslərə qarşı aydın sanksiya mexanizmi olmalı, üzvlərin başqa ölkələrdə dəstəkləməmək öhdəliyi təmin olunmalıdır. Əksər hallarda separatizm qonşu ölkəyə təcavüz və ya onu işğal etmək bəhanə kimi istifadə olunur. Biz, Azərbaycanda bunu yaxşı bilirik, çünki ölkəmiz Ermənistan tərəfindən işğal, təcavüzlə üzləşib. Şəhərlərimizin dağıdılma miqyası o dərəcədə böyükdür ki, ən gözəl şəhərlərimizdən biri, Ağdam Qafqazın Xirosiması adlandırılıb.  

 

Məlumdur ki, Avropada təhlükəsizlik və qanunun aliliyini yaratmasaq, insan hüquqları məsələsini inkişaf etdirə bilməyəcəyik. Biz bunu bacarmasaq, o zaman Avropa Şurasını bizə nəyə lazımdır?

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi