Modern.az

Çində yoluxma ARTDI - Əyani dərslər dayandırıldı

Çində yoluxma ARTDI - Əyani dərslər dayandırıldı

28 Aprel 2022, 08:58

Çində koronavirusa yoluxma yenidən artıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Pekinin 2 rayonunda -Tonçjou və Xiçenqdə təhsil müəssisələrində COVID-19-un yayılması ilə əlaqədar əyani dərsləri ləğv edilib.

 

Hər iki rayonda orta və ibtidai məktəblərdə, eləcə də peşə-texniki məktəblərdə dərslər distant təhsilə keçirilib. Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb.

 

Qeyd edilib ki, aprelin 22-dən indiyədək Çinin paytaxtında COVID-19-a 138 yoluxma halı aşkarlanıb. Şəhərin 12 rayonunda səlahiyyətlilər bütün sakinləri koronavirus üçün test etməyə başlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək