ABŞ-ın Rusiya Federasiyasının terrorizmə sponsorluq edən ölkə kimi tanınması təşəbbüsü axmaq addımdır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
ABŞ-ın təşəbbüsünü tənqid edən Zaxarova Vaşinqtonun atdığı istənilən addımın cavabsız qalmayacağını söyləyib.
Qeyd edək ki, ABŞ Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə etməyi düşünür. ABŞ dövlət katibi Entoni Blinken Senatda keçirilən dinləmələrdə bu barədə çıxış edib. "Biz bunu nəzərdən keçiririk", - deyən Blinken qeyd edib ki, hüquqşünaslar artıq bu mövzunu öyrənirlər.