Facebook sosial şəbəkəsində əsgərləri aşağılayan və qalmaqala səbəb ola biləcək növbəti fotoşəkil yayılıb. Modern.az saytının məlumatına görə, budəfəki şəkil sosial şəbəkədə yaradılan VIVA BAKU Photostudio adlı profildə yerləşdirilib.
Bu profilin sahibi şəkildə Azərbaycan əsgərlərinin əks olunduğunu iddia edərək, “əsgərlərimizdən Viva-ya sürpriz”-deyə bildirib.
Şəkil “dedovşina”nın əlamətlərini əks etdirir. Göründyü kimi, gənc əsgərlərin belinə diş pastası, ya da üz kremi ilə “Yuva” və ya “Viva” sözünü yazan hərbçi özündənrazı şəkildə oturub, gülümsəyir.
Amma bu fotoşəkildə Azərbaycan Ordusunun hərbçilərinin əks olunduğunu da qəti şəkildə iddia edə bilmərik. Hər halda araşdırmaya ehtiyac var. Çünki şəkildə hərbi formanın Azərbaycan ordusuna məxsusluğunu söyləmək olar...
Xatırladaq ki, bundan öncə