Modern.az

Bilkənt Universitetinin professoru Prezidentə təşəkkür etdi

Bilkənt Universitetinin professoru Prezidentə təşəkkür etdi

28 Aprel 2022, 11:12

Əməkdar elm xadimi, Bilkənt Universitetinin professoru Əmirulla Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunmasına görə ölkə rəhbərliyinə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Dünya Azərbaycanlıları V Qurultayının iştirakçısı olan professor ordenlə təltif olunmasını böyük şərəfə layiq görülmək kimi qiymətləndirib və fəaliyyətinin belə yüksək səviyyədə dəyərləndirilməsindən qürur hissi keçirdiyini deyib.

 

Ə.Məmmədov ordeni Şuşa şəhərində almağın isə tamamilə başqa məna daşıdığını dilə gətirib, göstərilən yüksək etimada görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

Professor Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarını bundan sonra da bir araya gətirəcəyinə və Azərbaycan üçün daha böyük işlər görməyə sövq edəcəyinə inamını da ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu