Ukraynanın Kiyev vilayətinin şimalındakı Demidov kəndini su basması paytaxtı Rusiya işğalından xilas edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, ötən günlərdə sel nəticəsində şəhərə gedən su bəndi yerli sakinlər tərəfindən qəsdən dağıdılıb. Əhalinin səyi nəticəsində işğalçıların paytaxt Kiyevə hücumunun qarşısı faktiki olaraq alınıb.