Alman-Azərbaycan Cəmiyyətinin sədri, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, professor Çingiz Abdullayev Dünya Azərbaycanlılarının V Qurultayı və təltif olunması ilə bağlı təəssüratlarını bölüşüb.
Modern.az xəbər verir ki, o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsindən böyük sevinc hissi keçirdiyini bildirib və buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib: “Mükafatlandırılmağımı həm 30 illik fəaliyyətimə, həm də hamımızın birgə əməyinə verilən yüksək qiymət hesab edirəm. Həqiqətən də mükafatlar ruhlandırıcı xarakter daşıyır. Mən dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışını diqqətlə dinlədim və bu çıxış həqiqətən də bizim gələcək fəaliyyətimizin konsepsiyasını müəyyən etdi”.
Professor V Qurultayın Zəfər qurultayı adlandırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Dünya azərbaycanlılarının bir araya gəlməsi, Cıdır düzünə toplaşması qürurverici hadisə idi”.