Modern.az

Moskvadan “diaspor” DEMARŞI: “Milyarderlər İttifaqı”na rəsmi status verilir

Moskvadan “diaspor” DEMARŞI: “Milyarderlər İttifaqı”na rəsmi status verilir

Təhsil

14 Fevral 2013, 10:43

Rusiya Dövlət Duması ölkə ərazisində yaşayan etnik xalqları birləşdirən milli-mədəni və muxtaiyyət qurumları ilə bağlı ciddi müzakirə doğuracaq qanin qəbul etməyə hazırlaşır. Modern.az bildirir ki, Duma mili-mədəni muxtariyyət təşkilatlarına “sosial istiqamətli, qeyri-kommersiya təşkliatı” statusu vermək niyyətindədir. Yeni hazırlanmış qanuna görə, etnik xalqarın cəmləşdiyi milli –mədəni təşkliatlara dövlət büdcəsindən pul ayrılması nəzərdə tutulur. Məsələn, azərbaycanlıların cəmləşdiyi belə təşkilat büdcə vəsaitləri hesabına miqrantların sosial və mədəni adaptasiyası ilə məşğul ola biləcəklər.

Qanun layihəsinə görə, yeni status sayəsində bu qurumlar dövlətin elan etdiyi müsabiqələrdə iştirak edərək qrant ala biləcəklər.    

Qanunun qəbulu üçün “2025-ci ilə qədər Rusiya Milli Siyasət Strategiyası”nın bəndləri əsas götürülüb. Strategiyanın 23.1-ci bəndində təklif olunur ki, milli-mədəni qurumlara etnoslararası əməkdaşlıq, millətlərarası münasibətlərdə harmoniya, miqrantların adaptasiyasını həyata keçirmək üçün huquqlar verilməlidir. Prezident Putin bununla bağlı Federal Məclisə göndərdyi müraciətdə bu milli təşkiltalara öz proqramlarını həyata keçirmək üçün büdcədən qrant ayrılmasını xahiş edib.      

Bu Rusiya üçün unikal təcrübədir. Buna qədər bu hüquq yalnız hakimiyyət orqanları və bələdiyyələrə aid idi. Rusiya qanunlarına görə, milli-mədəni muxtariyyətlər modeli diaspor təşkilatarından fərqlənir. Diaspor adı altında müəyyən ərazidə yaşayan konkret millətlər, o cümlədən miqrantlar nəzədə tutulur. Diaspordan fərqli olaraq cəmiyyətlər, mili-mədəni muxtaiyyətlər leqal yaşayan vətəndaşların rəsmi qeydiyyatdan keçmiş qurumudur.  Artıq Rusyada fəliyyət göstərən ayrı-ayrı xalqların cəmləşdiyi milli-mədəni təşkilatlar qanun layihəsini dəstəklədiklrəni bəyan ediblər.  Taciklərin Rostovda fəaliyyət göstərən “Vətən” milli-mədəni muxtriyyəti, Ləzgi Federal milli-mədəni muxtariyyəti və digər qurumlar yeni qanunu dəstəklədiklərini bildiriblər.   

Rusiyada “Milli-mədəni muxtariyyət haqqında" qanun 1996-cı ildə qəbul edilib. Hazırda ölkədə 1000-ə yaxın mili-mədəni muxtariyyət təşkliatı fəaliyyət göstərir. 16 qurum isə federal əhəmiyyətli status daşıyır.

Ekspertlər isə hesab edir ki,  milli–etnik qurumların bu işə cəlb edilməsi Rusiyada xalqlar arasında həmrəyliyyin möhkəmlənməsinə kömək edəcək.  

Rusiya bu demarşla ciddi siyasi mesajını ortaya qoyub. İlk olaraq qeyd edək ki, bu qanun qəbul olunacağı təqdirdə Rusiyada yaşayan azərbaycanlıların milli diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin perspektivi ciddi şübhə altına düşür. Əvəzində yeni yaradılmış Rusiya Azərbayacnlıları Təşkilatları İttifaqı ("Milyarderlər ittifaqı") faktik olaraq Moskvanın rəsmən tanıdığı və dövlət büdcəsindən maliyyələşəcək bir quruma çevrilərək, soydaşlarımızın mövqeyini ifadə edəcək bir qurum formasını ala bilər.  Bunu isə Moskvanın uzağagedən planlarının tərkib hissəsi hesab etmək olar. 

Xaqani SƏFƏROĞLU  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir