Bolqarıstanın Baş naziri Kiril Petkov Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Petkov özünün "Twitter" hesabında məlumat yayıb.
O, paylaşımda bildirib ki, Ukrayna Rusiyaya qarşı müharibədə qalib gələcək. Baş nazir, həmçinin bolqar dənizçilərinə və gəmilərinə ölkəyə qayıtmaqda kömək etdiyinə görə Zelenskiyə təşəkkür edib.