Modern.az

İşçilərin hamısı təxliyə edilib - Yanğınla bağlı açıqlama

İşçilərin hamısı təxliyə edilib - Yanğınla bağlı açıqlama

28 Aprel 2022, 21:38

“Azərsun Holding” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, məlumat şirkətin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

 

Bildirilib ki, ərazidə çalışan əməkdaşların hamısı təxliyyə edilib.

 

Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal