Modern.az

Baydendən Ukraynaya 33 milyardlıq yardım TƏKLİFİ

Baydendən Ukraynaya 33 milyardlıq yardım TƏKLİFİ

Dünya

28 Aprel 2022, 22:51

ABŞ Prezidenti Co Bayden Ukraynaya 33 milyard dollar dəyərində hərbi, iqtisadi və humanitar yardım üçün Konqresə müraciət edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o, Ukraynadakı vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.

 

Bayden ABŞ konqresmenlərinin bu dəstəyi təsdiqləməsinin vacib olduğunu bildirib.

 

Qeyd olunan yardımın 20 milyard dollardan çox hissəsi hərbi, 8,5 milyard dollarlıq hissəsi iqtisadi və 3 milyard dollarlıq hissəsi humanitar yardımı əhatə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış