ABŞ Nümayəndələr Palatası Ukrayna üçün nəzərdə tutulan lend-liz proqramını dəstəkləyib.
Modern.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının tviter səhifəsində məlumat yayılıb.
Bildirilir ki, sənəd imzalaması üçün prezidentə göndərilib.
Qanun layihəsi ABŞ Prezidentinə Ukraynaya silah göndərmək, eləcə də digər məqsədlər üçün daha geniş səlahiyyətlər verəcək.
Sonuncu dəfə lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə göndərilib.