Modern.az

Rusiyadakı yanğında ölənlərin sayı 22-yə çatdı

Rusiyadakı yanğında ölənlərin sayı 22-yə çatdı

Dünya

29 Aprel 2022, 00:38

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bildirilib ki, yanğında ölənlərin sayı 22 nəfərə çatıb. Bundan əvvəl ölənlərin 20 nəfər olduğu açıqlanmışdı.

 

Qeyd edək ki, aprelin 21-də baş vermiş hadisə zamanı 2500 kvadrat metr ərazi yanıb. Xilasedicilər 98 nəfəri təxliyə edib, 54 nəfər xilas olunub. Yanğının ilkin səbəbi kimi elektrik şəbəkəsinin qəzalı işləməsi göstərilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış