Modern.az

“Elşad Abdullayevin videolarında görünən adamların hamısı həbs edilməlidir”

“Elşad Abdullayevin videolarında görünən adamların hamısı həbs edilməlidir”

Təhsil

14 Fevral 2013, 12:27

“Əgər ölkədə qanun işləsə, Gülər Əhmədova məsələsində hələ çox adam həbs edilməlidir”. Bu sözləri Modern.az-a açıqlamasında hüquqşünas Aslan İsmayılov deyib. O, qeyd edib ki, Elşad Abdullayevin videolarında adı çəkilənlər, bu işdə əli olanların hamısı həbs olunmalıdır.

“İnanıram ki, Elşad Abdullayevin videosunda olanlar həqiqətən baş vermiş halları özündə əks etdirir, cinayət törədilib və onu törədənlər də hamısı cinayət məsuliyyətinə cəlb olunub həbs edilməlidirlər”.

A. İsmayılov həmçinin vurğulayıb ki, Gülər Əhmədovanın həbsinin gecikməsinin özünün də çoxlu müəmmaları var.

 “Hərçənd ki heç bir xanımın heç vaxt həbs olunmasını istəməzdim. Amma Gülər Əhmədovanın həbsinin də gecikməsinin çoxlu müəmmaları var. Gülər Əhmədova və Sevinc Babayeva video çıxandan dərhal sonra həbs edilməli idilər. Hansısa oyunlar getdi və yenə də oyunlar getməkdə davam edir. Gülər Əhmədovanın dünən həbs olunmasının özü də bir oyundur.  Çünki Gülər Əhmədovanın haqqında qaldırılan cinayətin əsas ittihamı – dələduzluq düz deyil”.

 

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir