Modern.az

Mətbuat Şurasında internet portallarla bağlı komissiya yaradılıb

Mətbuat Şurasında internet portallarla bağlı komissiya yaradılıb

14 Fevral 2013, 12:45

Bu gün Mətbuat Şurasının toplantısı keçirilib. Modern.az saytının xəbərinə görə, iclasda Mətbuat Şurasında internet portallarla bağlı komissiya yaradılıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yeni komissiya onlayn mediadan gələn şikayətləri araşdırılacaq, internet media ilə bağlı məsələlərə baxacaq. Qurum portalllara edilən haker hüsumlarını və digər onlayn media ilə bağlı məsələləri də araşdıracaq.

Ə.Amaşov qeyd edib ki, bu sahə ilə bağlı komissiyanın fəaliyyətinin ümumi konsepsiyası hazırlana bilər.
Ə.Amaşov bildirib ki, artıq internet portallardan 30-a yaxın müraciət daxil olub və onlar MŞ üzvü olmaq istəyirlər.

"İnternet mediadan Mətbuat Şurasına daxil olan şikayətlərin sayı da artır. Əgər 2011-ci ildə Şuraya 7 şikayət daxil olmuşdusa, 2012-ci ildə artıq 20 şikayət almışıq. Yaradılan komissiya da bu şikayətləri araşdıracaq. Elə bu həftə ərzində Komissiyanın ilk iclası keçirilərək şikayətləri araşdıracaq".


Ə.Amaşov bildirib ki, Azərbaycanda ictimai fikrin formalaşmasında getdikcə internet jurnalistikanın rolu artır.

Mətbuat Şurasının nəzdində yaradılan Komissiyaya onlayn mediadan Vaqif Şərifov, Elnur Baimov, Vüsalə Mahirqızı, Azər Həsrət, Müşfiq Ələsgərli, həmçinin az domenin üzvü daxil olub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu