Modern.az

“Azərsun”dakı yanğın ərzaq qıtlığı və bahalaşmaya səbəb ola bilər? - AÇIQLAMA

“Azərsun”dakı yanğın ərzaq qıtlığı və bahalaşmaya səbəb ola bilər? - AÇIQLAMA

İqtisadiyyat

29 Aprel 2022, 11:02

Ölkənin aparıcı istehsal şirkətlərindən olan “Azersun Holdinqin”in Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nda güclü yanğın baş verib.  Saatlarla davam edən yanğın şirkətin xeyli mal və məhsuluna zərər verib. Yanğında əsasən duru yağ anbarlarına zərər dəydiyi bildirilir. Qeyri-rəsmi məlumatlara görə, şirkətin 3 aylıq məhsul ehtiyatı məhv olub.


"Azərsun Sənaye Parkı”da baş verən yanğın ərzaq qıtlığına və qiymət artımına gətirib çıxara bilərmi?


İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, nə qədər məhsula hansı həcmdə ziyan dəydiyi bilinəndən sonra bununla bağlı daha konkret danışmaq mümkün olacaq. Hələlik isə dəqiqləşdirmələr aparılır.


Onun sözlərinə görə,  istənilən  halda “Azersun” kimi böyük bir şirkətə dəymiş ziyan Azərbaycan ərzaq bazarına təsirsiz ötüşməyəcək:
 

"Ola bilsin ki, müəyyən mal və məhsul növləri üzrə bir müddət təchizatda axsamalar olsun. Müəyyən qiymət artımı da mümkündür. Paralel olaraq onu da nəzərə almaq lazımdır ki, dünyada da ərzağın bahalaşması davam edir. Bunun da təsirləri olacaq. “Azersun”a dəymiş ziyanın bir hissəsi növbəti zamanda şirkətin satdığı mal və məhsulların qiymətində görünə bilər”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi