Modern.az

Şahbuz rayonunun ərazisi artırılır – Komitə üzvü

Şahbuz rayonunun ərazisi artırılır – Komitə üzvü

Təhsil

14 Fevral 2013, 12:48

Milli Məclisdə 2013-cü ilin yaz sessiyası artıq öz işinə başlayıb. Parlamentin ikinci plenar iclasının da zamanı müəyyənləşib. Belə ki, fevralın 15-də olacaq iclasın gündəliyi də təsdiq olunub. Bəs parlamentin komitələrində hansı qanun layihələri hazırlanıb? İclaslarda komitələrin hazırladığı hansı qanunlar müzakirə olunacaq?

Modern.az Milli Məclisin Regional məsələlər Komitəsinin hansı qanun layihələrini hazırladığını elə komitənin üzvi, millət vəkili Tahir Rzayevdən öyrənib.

Deputatın sözlərinə görə, komitədə hazırlanan qanun layihələrindən biri “Reyestrin qeydə alınması”dır.

“Bu qanuna yeni biri əlavə olundu, bizdə bu sahədə inzibati ərazi dairələri yaradılmışdı, o qanuna əsasən bütün bələdiyyələrin, inzibati ərazi vahidlərinin Milli Məclisdə reyestri aparılmalıdır. Ona görə o sahə ərazi inzibati dairələri qanunda yox idi. O da qanuna salındı ki, gələcəkdə ərazi inzibati dairələrinin reyestrlər aparılsın”.

Millət vəkilinin sözlərinə görə, hazırlanan qanun layihəsindən biri də Naxçıvanın Şahbuz rayonunun ərazisinin artırılması məsələsidir: “Onun inkişafı ilə əlaqədar xeyli qonşu kəndlərdən, ərazilərdən torpaq sahəsi alınaraq Şahbuza verilib”.   Regional məsələlər Komitəsi üzvinin sözlərinə görə, komitənin hazırladığı qanun layihələrindən biri də bələdiyyələrin hesabatıdır. “Hazırda Milli Məclisdə həmin qanun layihəsi gündəlikdədir, müzakirə də olunacaq. Sonra ola bilsin ki, müəyyən ərazi dairələrində dəyişiklik olsun, yəni yeni adlar verilməsi məsələsi. Əgər bunlar olsa, onlar müzakirə olunacaq”.  

Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması məsələsinə də toxunan millət vəkili bildirib ki, bu hələ ki, fikirdir. “Bununla bağlı müəyyən fikirlər söylənilir. Bunun üçün də müəyyən zaman lazımdır. Bu çətin prosesdir. Amma elə bilirəm ki, bələdiyyələr inkişaf elədikcə, bu məsələ də reallaşmağa doğru gedəcək. Lakin, hələ konkret bir fikir yoxdur”, – deyə Tahir Rzayev əlavə edib.  

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir