Modern.az

Nazirlik meteohəssas insanlara xəbərdarlıq etdi

Nazirlik meteohəssas insanlara xəbərdarlıq etdi

Təhsil

14 Fevral 2013, 12:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

 Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

 Yaxın 2 gün ərzində atmosfer təzyiqinin xeyli enməsi, 15-də arabir güclənən gilavar küləyinin 16-da xəzri küləyi ilə əvəz olunması bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir