Modern.az

Məsciddəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

Məsciddəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

Dünya

29 Aprel 2022, 19:32

Əfqanıstanın paytaxtı Kabildə məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 50-ni ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, hadisə şəhərin qərbində yerləşən Xəlifə Sahib məscidində namaz vaxtı baş verib.

 

***

17:42

Əfqanıstanın paytaxtı Kabildə məscidlərdən birinə bombalı hücum olub.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi partlayış nəticəsində azı 10 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.

 

Nazirlik rəsmisi Besmullah Həbib partlayışın bu gün saat 14:00 radələrində Kabilin qərbindəki Xəlifə Sahib məscidində baş verdiyini bildirib.

 

Qeyd edək ki, Ramazan ayının əvvəlindən Əfqanıstanda bir neçə məscidə hücumlar təşkil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış