Modern.az

Hikmət Hacıyev Qriqoryanla GÖRÜŞƏCƏK 

Hikmət Hacıyev Qriqoryanla GÖRÜŞƏCƏK 

Ölkə

29 Aprel 2022, 18:38

Mayın 2-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qriqoryan "Azadlıq Radiosu”nun efirində bildirib.

 

Onun sözlərinə görə, görüş Brüssel şəhərində baş tutacaq.

 

“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman Brüsseldə ölkə liderlərinin görüş imkanını müzakirə edə bilərik”, - deyə Qriqoryan vurğulayıb.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama