Gələn həftə BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord məlumat verib.
O qeyd edib ki, iclasda Ukrayna məsələsi müzakirə olunacaq.
Bundan başqa, iclasda BMT-nin Baş katibi Antonio Quterreşin Rusiya və Ukraynaya son səfərinə də toxunulacaq.