Almaniya Ukraynaya özüyeriyən artilleriya qurğularının göndərilməsi imkanlarını öyrənir.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi Berlin bu məsələ ilə bağlı Niderland hökuməti ilə danışıqlar aparır.
Bundan əvvəl Niderlandın müdafiə naziri Kaysa Ollonqren Ukraynaya özüyeriyən artilleriya qurğularının tədarükü ilə bağlı məsləhətləşmələr aparıldığını bildirib. Onun sözlərinə görə, Almaniya ilə danışıqlar son mərhələdədir.
Akif İsmayılov