Almaniyanın Türkiyədəki səfiri Yurqen Şolts bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Nazirlikdə səfirə Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi xatırladılıb. Eyni zamanda türkiyəli diplomatın Almaniya Xarici İşlər Nazirliyinə çağırılması pislənilib.
Qeyd edək ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi Parkı hadisələri ilə əlaqədar cinayət işi üzrə ittiham olunan biznesmen Osman Kavala ömürlük azadlıqdan məhrum edilib. Həbs qərarından sonra Türkiyənin Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Almaniyanın bu addımı Ankaranın etirazına səbəb olub.