Modern.az

Rusiya neftinə embarqo hazırlanır - Avropadan növbəti ZƏRBƏ

Rusiya neftinə embarqo hazırlanır - Avropadan növbəti ZƏRBƏ

29 Aprel 2022, 23:25

Avropa İttifaqı (Aİ) Rusiya neftinin tədarükünə mərhələli embarqo hazırlayır.

 

Modern.az xəbər verir, bu barədə "The New York Times" nəşri özəl mənbələrə istinadən məlumat yayıb.

 

Aİ-nin yeni tədbirlər paketinə Sberbank və “yüksək vəzifəli ruslara” qarşı sanksiyalar da daxil olacaq. Məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar gələn həftə təsdiq oluna bilər.

 

Nəşr qeyd edir ki, bir sıra Aİ ölkələrinin Rusiyadan enerji təchizatından asılılığı embarqonu çətinləşdirir. 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?