Modern.az

Britaniya səfiri Kiyevə qayıtdı

Britaniya səfiri Kiyevə qayıtdı

Dünya

30 Aprel 2022, 00:21

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons Kiyevə qayıdıb.

 

Modern.az xəbər verir ki, diplomat bu barədə cümə axşamı "Twitter" səhifəsində məlumat verib.

 

"Uzun bir səyahət idi, amma buna dəyərdi. Yenidən Kiyevdə olmaqdan çox şadam", - deyə Simmons yazıb.

 

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson keçən həftə Kiyevdəki səfirliyin tezliklə açılacağını bildirmişdi.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?