Modern.az

Məşhur otellər şəbəkəsi Rusiyadan gedir

Məşhur otellər şəbəkəsi Rusiyadan gedir

Dünya

30 Aprel 2022, 09:15

Böyük Britaniyanın hotel operatoru “InterContinental Hotel Group” (IHG) Rusiya bazarını tərk etməyə hazırlaşır.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Holiday Inn”in Rusiyadakı mülkünün sahiblərindən biri və iki məsləhətçi mənbə bildirib.

 

Qeyd edilib ki, IHG Rusiyadakı hotel sahibləri ilə idarəetmə müqavilələrinə xitam vermək üçün danışıqlar aparır, şirkət obyektlərin sahibləri ilə “əməliyyat fəaliyyətində dəyişiklikləri” müzakirə edir.

 

IHG Rusiya hotel bazarında üç ən böyük beynəlxalq şəbəkədən biridir. Onun Rusiyadakı brendlərinə “Holiday Inn”, “InterContinental”, “Crowne Plaza” və “Indigo” daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?