Modern.az

“Dərsliklərdə səhv çoxdur, elmi redaktorlar hara baxır!?”

“Dərsliklərdə səhv çoxdur, elmi redaktorlar hara baxır!?”

Təhsil

14 Fevral 2013, 17:16

Bakı Ali Neft Məktəbində tələbələrlə görüşən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə dərsliklərdə gedən səhvlərlə bağlı danışıb. Modern.az-ın məlumatına görə, o bildirib ki, TQDK mütəmadi olaraq dərsliklərin monitorinqini aparır.

“Bu yaxınlarda birinci sinif dərsliklərində apardığımız monitorinqlər nəticəsində 179 səhifə təzələmişik. Yəni biz özümüz birinci sinif dərslikləri ilə bağlı 179 səhifəlik vərəqi Təhsil Nazirliyinə göndərmişik. Ümumiyyətlə, kitablarda bu baxımdan səhvlər çoxdur. 3, 4 və 5-ci sinif uşaqlarının kitablarında aparılan monitorinqlərin nəticələri də bu yaxınlarda Təhsil Nazirliyinə göndəriləcək”.

M. Abbaszadə həmçinin vurğulayıb ki, çox vaxt elmi redaktorlar bu səhvlərdən xəbərsizdir. “Çox maraqlıdır, onlar necə redaktorlardır?  Bu səhvləri müəllimlər görür, amma onlar nə edə bilərlər?”.

TQDK sədri vurğulayıb ki, gələcəkdə bütün ixtisaslara açıq suallar salınacaq və onların sayı artırılacaq. O qeyd edib ki, bu il abituriyentlər üçün 6 sınaq imtahanı təşkil edilləcək. 

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir