Modern.az

Türkiyə Rusiyanı yox, bu ölkəni dəstəkləyəcək

Türkiyə Rusiyanı yox, bu ölkəni dəstəkləyəcək

Dünya

30 Aprel 2022, 18:13

Türkiyə Səudiyyə Ərəbistanının "Expo 2030" sərgisinə ev sahibliyi etmək təklifini dəstəkləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından qayıdarkən təyyarədə olan türkiyəli jurnalistlərə açıqlamasında deyib. 

 

Qeyd edək ki, Rusiya da “Expo 2030” sərgisinə ev sahibliyi etmək üçün müraciət edib. Təklif qəbul olunarsa, sərgi 2030-cu il aprelin 27-dən oktyabrın 27-dək Moskvada keçiriləcək. Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyası 2023-cü ildə qalib şəhəri müəyyən etmək üçün səs verəcək.

 

Expo sərgisi iştirakçı ölkələrə texnologiya və elm sahəsində ən son yenilikləri, habelə nümunələri nümayiş etdirərək, dünya miqyasında tanınmaq imkanı verən ən böyük beynəlxalq tədbirlər sırasındadır.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?