Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Merz mayın 2-də Kiyevə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Merz Almaniya kansleri Olaf Şoltsun Ukrayna ilə bağlı siyasətinin davamlı tənqidçisidir və Almaniya hökumətindən Kiyevə silah göndərməsini tələb edir. O hesab edir ki, hazırkı Nazirlər Kabineti bu məsələ ilə bağlı qərar qəbul etməkdə çox ləngdir.
Almaniyanın müdafiə naziri Kristin Lambrext ölkəsinin Ukraynaya "Gepard" zenit silahlarını verməyə hazır olduğunu bildirib. Ötən həftə DPA agentliyi mənbələrə istinadən yazıb ki, Almaniya hökuməti mübadilə əsasında Sloveniya vasitəsilə Ukraynaya T-72 tanklarının tədarükünə hazırlaşır.
Akif İsmayılov