Modern.az

Boeing ABŞ-ın Hərbi Hava Qüvvələri üçün təyyarə hazırladı

“Boeing” ABŞ-ın Hərbi Hava Qüvvələri üçün təyyarə hazırladı

1 May 2022, 11:49

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanmış ilk “T-7A Red Hawk” təyyarəsini təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

 

Şirkət qeyd edib ki, T-7A tam rəqəmsal formatda hazırlanmış ilk təyyarədir. “Red Hawk”un proqram təminatı yeni öyrənmə elementləri və imkanlarını tez bir zamanda həyata keçirməyə imkan verir.

 

ABŞ Hərbi Hava Qüvvələri 351 ədəd T-7A təyyarəsi almağı planlaşdırır. Bundan əlavə, “Boeing” “Saab” şirkəti ilə birlikdə yeni təyyarə üzərində işlər aparır.

 

İki yerlik salona malik “Red Hawk” General Electric F404-GE-103 turboreaktiv mühərriki ilə təchiz olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi