Modern.az

Ukraynada 4.5 milyon ton taxıl bloklanıb

Ukraynada 4.5 milyon ton taxıl bloklanıb

Dünya

1 May 2022, 22:07

Hazırda Ukrayna limanlarında olan təxminən 4,5 milyon ton taxıl dəniz yollarının bağlanması səbəbindən ixrac edilə bilmir. 

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının Almaniya bölməsinin direktoru Martin Frik deyib.

 

O bildirib ki, taxıl Ukrayna limanlarında və gəmilərdədir, bu səbəbdən təyinatı üzrə istifadə edilə bilməz.

 

"Aclıq nə hərbi, nə də iqtisadi cəhətdən silah ola bilər", - deyə o bildirib və qlobal ərzaq böhranını yumşaltmaq üçün bu ölkədən digər dövlətlərə ərzaq tədarükünü bərpa etməyə çağırıb.

 

Avropa liderləri dəfələrlə Rusiya-Ukrayna münaqişəsi fonunda qlobal ərzaq böhranı barədə xəbərdarlıq ediblər.

 

Qeyd edək ki, Ukrayna və Rusiya əsas taxıl ixracatçılarıdır. 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu