Modern.az

“Mariupolda vəziyyət dəhşətlidir” - Borrell

“Mariupolda vəziyyət dəhşətlidir” - Borrell

Dünya

2 May 2022, 08:50

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Borrel tviter hesabında yazıb.

 

"Dmitri Kuleba ilə Avropa İttifaqının Ukraynaya davam edən yardımını müzakirə etmək üçün danışdım. Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində iş davam edir. Qarşıdan gələn Avropa İttifaqı-Ukrayna Əməkdaşlıq Şurası əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün əsas məqam olacaq".

 

Borrell, həmçinin vurğulayıb ki, Mariupolda vəziyyət dəhşətlidir, təcili humanitar evakuasiyaya ehtiyac var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış