Azərbaycanda Ayın görünməsi məsələsinə aydınlıq gətirilib.
Şamaxı Astrofizika Rəsədxanasıdan Modern.az-a bildirilib ki, bu gün məscidlərdə bayram namazının qılınması Ayın görünməsindən irəli gəlir.
“Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq, ölkənin bütün məscidlərində bayram namazları qılınır. Biz əlavə şərh verə bilmərik”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev də məsələyə münasibət bildirib. O, Şamaxı Rəsədxanası ilə əlaqə saxladıqlarını və Ayın göründüyünü söyləyib.
Qeyd edək ki, bəzi din xadimləri Ayın görünmədiyini və bu səbəbdən bayramın mayın 3-də keçirilməli olduğunu söyləyirlər.