Modern.az

Gürcüstan Aİ-yə üzvlük yolunda - Anketə cavab verildi

Gürcüstan Aİ-yə üzvlük yolunda - Anketə cavab verildi

Dünya

2 May 2022, 15:44

Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Avropa Komissiyasının anketinə cavabını təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.


"Beləliklə, biz ölkəmizin inteqrasiyası yolunda mühüm mərhələyə qədəm qoyduq. Əminəm ki, gürcü xalqı ali məqsədinə çatmaqda uğur qazanacaq", - deyə Baş nazir söyləyib.

 

Qeyd edək ki, Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusu almaq üçün müraciət edib. Rəsmi Tbilisi Aİ-yə müraciəti 2024-cü ildə ünvanlamağı planlaşdırırdı, lakin Ukraynada baş verən hadisələr fonunda müraciəti vaxtından tez təqdim etməklə bağlı qərar qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu